Xəzər Xəbər

Çində dağıdıcı tornadonun görüntüləri yayıldı VİDEO

Veb TV | 22:14 • 2 İyul 2022
Çində dağıdıcı tornadonun görüntüləri yayıldı

Çinin cənub-şərqindəki Quanqdonq əyalətinin Çaoçjou şəhərində güclü tornado baş verib.

İyulun 2-də yerli sakinlər təbiətin dağıdıcı gücünün şahidi olublar.

Tornado şəhərdə çoxsaylı fəsadlar törədib: Evlərin damını qoparıb, elektrik xətlərini qırıb, bütöv binaları, anbarları dağıdıb.

Qeyd edə ki, bir gün əvvəl sinoptiklər səkkizinci səviyyəli fırtına xəbərdarlığı elan ediblər.

Xəbər lenti