Xəzər Xəbər

Qoşulmama Hərəkatında Azərbaycanın rolu yüksək qiymətləndirilir VİDEO

Veb TV | 21:00 • 30 İyun 2022
Qoşulmama Hərəkatında Azərbaycanın rolu yüksək qiymətləndirilir

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O, Qoşulmama Hərəkatında Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Konfransda çıxış edən Türkmənistan Milli Gengeş Məclisinin sədri Gulşat Mamedova konfransın sülh və sabitliyə töhfə verəcəyini bildirib.

Konfrans çərçivəsində jurnalistlərə açıqlama verən Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani isə Azərbaycanın bu illər ərzində uğurlu siyasi kurs yürüdərək regionun əsas oyunçusuna çevrildiyini deyib.

Qeyd edək ki, "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirlər. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı iki gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti