Xəzər Xəbər

Türkiyədə meymunçiçəyinə yoluxma aşkarlanıb - Azərbaycan üçün təhlükə varmı? VİDEO

Veb TV | 20:14 • 30 İyun 2022
Türkiyədə meymunçiçəyinə yoluxma aşkarlanıb - Azərbaycan üçün təhlükə varmı?

Dünyada sürətlə yayılan meymunçiçəyi infeksiyasına qonşu və qardaş Türkiyədə də rast gəlindi. Bu ölkənin mediası səhiyyə nazirinin açıqlamasına istinadən bildirir ki, immun çatışmazlığı olan 37 yaşlı xəstə hazırda təcridxanadadır. Başqa bir yoluxma halı aşkarlanmayıb.

Bəs xəstəliyə ən yaxın qonşumuzda da rast gəlinməsi bizim üçün nə dərəcədə təhlükəlidir?

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin həkimi Turan İbrahimova hesab edir ki, təşvişə əsas yoxdur.

İnfeksionist bildirib ki, meymunçiçəyi xəstəliyinin geniş vüsət alması ehtimalı azdır.

O əlavə edib ki, xəstəlikdən qorunmaq üçün əsasən əl gigiyenasına riayət etmək, eyni zamanda, meymunçiçəyi xəstəliyinə yoluxma ehtimalı olan insanlarla ünsiyyət zamanı maska taxmaq lazımdır. Klinik simptomlara gəldikdə isə, xəstədə əsasən baş ağrıları, bədən hərarətində yüksəlmə və bel ağrıları müşahidə olunur. Digər viral xəstəliklərdən əsas fərqləndirici xüsusiyyəti isə limfa vəzlərində böyümədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti