Xəzər Xəbər

İntihar edən ginekoloqun qardaşı DANIŞDI: Nə baş verib? VİDEO

Veb TV | 14:26 • 30 İyun 2022
İntihar edən ginekoloqun qardaşı DANIŞDI: Nə baş verib?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ginekoloq Xalidə Kəngərli yüksək mərtəbəli binanın 11-ci mərtəbəsindən düşərək vəfat edib. 

Həkimin intiharı onu tanıyan hər kəsin təəccübünə səbəb olub. Belə ki, onun yaxın ətrafı Xalidə Kəngərlinin belə əməl törədə biləcəyinə inanmadıqlarını deyərək, onun ölümünün cinayət olduğunu iddia edirlər. 

APA TV-nin əməkdaşları mərhum ginekoloqun qardaşı Elçin Vəliyev ilə söhbət edib. 

“Xalidə elə zəif xarakterdə insan deyildi ki, intihar etsin. Övladlarını çox sevirdi, onlar evdə ola-ola intihar etməsi mümkün deyil” – deyə, o qeyd edib.

Mərhumun qardaşı kürəkənlərinin psixoloji vəziyyətinin normal olduğunu, amma ailədaxili münaqişə yaşadıqlarını da bildirib.

Daha ətraflı süjetdə:

Xəbər lenti