Xəzər Xəbər

Azərbaycandan zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb VİDEO

Veb TV | 21:25 • 29 İyun 2022
Azərbaycandan zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Xezerxeber.az-ın məlumatına görə, ilk qrupu aparan təyyarə bu gün saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ciddəyə uçub.

İlk olaraq 180 nəfər yola düşüb.

Zəvvarların yola salınması zamanı duyğusal anlar yaşanıb.

13-cü dəfə həcc ziyarətinə gedən Cavanşir Aşurov ziyarətə ilk dəfə getdiyi gündəki kimi həyəcanlı olduğunu dilə gətirib.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, iyunun 30-u, iyulun 1-i və 2-də zəvvarların növbəti qrupları yola düşəcək. Onlar vətənə iyulun 19-20-si qayıdacaqlar.

Xatırladaq ki, builki həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9106 manat müəyyən olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti