Xəzər Xəbər

Erməni lobbisi Avropada bəzi siyasətçiləri rüşvətlə ələ alır VİDEO

Veb TV | 21:37 • 22 May 2022
Erməni lobbisi Avropada bəzi siyasətçiləri rüşvətlə ələ alır

Erməni lobbisi Ermənistana dəstək vermək üçün müxtəlif vasitələrdən istifadə edir. Onların bu istiqamətdə atdıqları addımlardan biri də qərbdə bəzi siyasətçilərin ələ alınmasıdır.

Politoloq İlyas Hüseynov deyir ki, Qərbi Avropada da rüşvətə qurşanmış siyasətçilərə rast gəlmək olur.

Onun sözlərinə görə, Fransada da belə siyasətçilər  az deyil və erməni lobbisinin bu mexanizmi həmin ölkədə daha işləkdir. Eyni zamanda, "erməni kartı"ndan yararlanan fransız siyasətçilər seçkilərdə də onlardan istifadə edirlər. Beləliklə, bəzi Avropa ölkələrində ermənilərin və satılmış siyasətçilərin qarşılıqlı əməkdaşlığı baş tutur.

Fransanın ali vəzifəsinə namizəd olaraq ermənilərdən dəstək gözləyən daha bir siyasətçi Valeri Pekres də erməni lobbisinə satılmış şəxslərdən biridir.

Politoloq deyib ki, lobbiyə satılan bu siyasətçilər ən yaxşı halda seçki öncəsi gündəmə gəlməyi bacarır. Lakin tarix göstərir ki, bütün hallarda onlar məğlubiyyətə düçar olurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti