Xəzər Xəbər

"Meymun çiçəyi" virusunun ilkin əlamətləri açıqlanıb VİDEO

Veb TV | 20:50 • 22 May 2022
"Meymun çiçəyi" virusunun ilkin əlamətləri açıqlanıb

''Hazırda bir sıra ölkələrdə yayılan "meymun çiçəyi" virusu yeni bir virus deyil. İnsanlar arasında bu xəstəliyə əvvələr də yoluxma olub''.

Bunu ''Xəzər Xəbər''ə açıqlmasında Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişizadə deyib.

Onun sözlərinə görə, sözügedən virusun ilkin əlamətləri bədən temperaturunun düşməsi və müxtəlif hissələrdə səpkilərin əmələ gəlməsidir.

''Meymun çiçəyi''nin COVID-19-dan fərqli olaraq yoluxduruculuq qabiliyyəti zəifdir: "Vətəndaşlarımızın narahatlığına heç bir əsas yoxdur. Çünki ölkəmizdə adıçəkilən virusa yoluxma ilə bağlı şübhəli hal aşkar edilməyib".

İnfeksionist əlavə edib ki, ''meymun çiçəyi''nə yoluxanlar xəstəliyi ağır keçirmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti