Xəzər Xəbər

Göygöldə su və kanalizasiya problemi var - "Kranın içindən zəlilər tökülür" VİDEO

Veb TV | 20:25 • 17 May 2022
Göygöldə su və kanalizasiya problemi var - "Kranın içindən zəlilər tökülür"

Göyölün Ağdağ qəsəbəsinin sakinləri evlərinə gələn sudan narazılıq edirlər. Onlar evlərinə verilən suyu həm məişətdə işlədirlər, həm də içirlər. Ancaq suyun tez-tez bulanması ondan istifadəni müşkülə çevirir.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbənin su ilə bağlı problemi bununla da bitmir.

Sakinlər kanalizasiya xətlərinin olmamasından da əziyyət çəkdiklərini deyirlər.

Məsələyə münasibət bildirən Göygöl rayon Sukanal sahəsinin rəisi Yaşar Məhərrəmov isə deyib ki, yağıntılı havalarda su təminatında fasiləli rejimə keçilməsi mövcud təlimatalara əsaslanır.

O həmçinin qeyd edib ki, sakinlərin su təminatı sayğac sistemi ilə olduğundan fasilələr onların əlavə borclanmasına səbəb olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti