Xəzər Xəbər

Cəlilabad şəhərinin bir hissəsində qaz yoxdur VİDEO

Veb TV | 20:37 • 17 May 2022
Cəlilabad şəhərinin bir hissəsində qaz yoxdur

Cəlilabad şəhəri, Cavadxan küçəsinin bir hissəsində qaz yoxdur. Küçənin "yeni massiv" adlandırılan hissəsi mavi yanacaqdan məhrumdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, 8 ildir bu ərazidə məskunlaşıblar. Hər il aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Mövzu ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyindən bildirilib ki, məsələdən xəbərdardırlar. Cavadxan küçəsinin tam olaraq qazlaşdırılması müvafiq dövlət proqramı çərçıvəsində həyata keçirilir.

Əlavə edilib ki, əgər sakinlər mərhələli şəkildə qazlaşmanı gözləmək istəmirlərsə, lisenziyası olan podratçı şirkətlərdən biri ilə razılaşıb qaz xəttlərini çəkdirə bilərlər. ''Bundan sonra "Azəriqaz" İstehsalat Birliyi həmin mənzillərə sayğac quraşdırıb qazla təmin edə bilər'',- deyə məlumatda bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti