Xəzər Xəbər

Divarlar çatlayır, şüşələr qırılır: Yaponiyada güclü zəlzələnin görüntüləri yayılıb VİDEO

Veb TV | 09:50 • 22 Yanvar 2022
Divarlar çatlayır, şüşələr qırılır: Yaponiyada güclü zəlzələnin görüntüləri yayılıb

Yaponiyada güclü zəlzələ baş verib.

Yeraltı təkanlar ölkənin cənub-qərbindəki Kyusu adasının Miyazaki və Oita prefekturalarında hiss olunub.

Ölkənin Meteorologiya Agentliyi yeraltı təkanların 6,4 bal gücündə olduğunu açıqlayıb. Zəlzələnin episentri okeanın 40 kilometr dərinliyində yerləşib.

“Twitter” istifadəçiləri yeraltı təkanların gücünü nümayiş etdirən videolar yayımlayıblar./oxu.az

Xəbər lenti