Xəzər Xəbər

Arnold Şvarsenegger dəhşətli qəzaya düşdü VİDEO

Veb TV | 11:11 • 22 Yanvar 2022
Arnold Şvarsenegger dəhşətli qəzaya düşdü

Məşhur Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb.

Bu barədə TMZ nəşri bildirib.

“Arnold “Yukon” markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi qırmızı “Prius”la toqquşub. Qəza zamanı onun avtomobili yuvarlanmağa başlayıb və Priusun damının üstünə düşüb”, - nəşr bildirib.

Şahidlərin dediyinə görə, toqquşma o qədər güclü olub ki, "Yukon"un təhlükəsizlik yastıqları açılıb.

“Prius”u idarə edən qadın xəsarət alıb, o, xəstəxanaya aparılıb. Onun başından xəsarət aldığı bildirilir.

"Bizə Arnoldun səhhətinin yaxşı olduğunu söylədilər", - TMZ qeyd edib.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir./report

Xəbər lenti