Xəzər Xəbər

Paytaxt sakinin başına tragikomik hadisə gəldi - BNA bu qərarı nə ilə izah edir? VİDEO

Veb TV | 21:18 • 21 Yanvar 2022
Paytaxt sakinin başına tragikomik hadisə gəldi - BNA bu qərarı nə ilə izah edir?

Cərimə olunmamaq üçün avtomobilini park etmək istəyirdi. Lakin bu istəyinə görə cərimə olundu. Hadisə paytaxt sakini Elşad Osmanovun başına gəlib. Bakı Nəqliyyat Agentliyi bu absurd qərarı nə ilə izah edir? Əməkdaşlarımız araşdırıb.

Paytaxt sakinin başına tragikomik hadisə gəlib. O, cəriləmələnməsin deyə avtomobilini qanuni şəkildə park edən zaman cərimələnib. Belə ki, avtomobilini avtodayanacaqda park etməyə çalışan  Elşad Osmanov növbədə gözlədiyi zaman Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən cərimələnib. O iddia edir ki,  bna əməkdaşları avtomobilin şəkilini çəkdiləri zaman, özü avtomobilin içində olub və heç bir qayda pozuntusu etməyib.

BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sürücünün günahsız olmadığını və ona tədbiq olunan cərimənin yerində olduğunu bildirdi.

Avtomobilin sürücüsü isə bildirir ki, onun orada qeyd olunan müddət ərzində dayanması əsassız deyil. Dayanacaqda yaranmış növbə sırası sürücünün 4 dəqiqə gözləməsinə səbəb olub.

BNA-nın rəsmisi isə israrla bildirir ki, sürücünün hər hansı avtomobili gözləməsinin əsası yoxdur və istənilən halda hərəkətsiz dayanıb avtomobillərin hərəkətinə maneə yaratmaq qanunsuzdur.

Mais Ağayev bildirir ki, sürücü ona tətbiq edilən cərimədən narazıdırsa məhkəməyə müraciət edə bilər. Xatırladaq ki, tətbiq olunan cərimənin məbləği 20 manatdır. Məhkəmə, vəkil rüsumu bu məbləğdən artıq olduğu və dəfələrlə gedib gəlmək vaxt itkisinə səbəb olduğu üçün sürücülərin əksəriyyəti bu üsulu seçmir. Ekspertlər isə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları cərimə yazarkən çox diqqətli olmalı və sürücülərin hansı səbəbdən avtomobili olduğu yerdə park etdiyini ciddi araşdırmalıdır.

Xəbər lenti