Xəzər Xəbər

Bu kənddə yollar və körpülər bərbad vəziyyətdədir VİDEO

Veb TV | 21:48 • 20 Yanvar 2022
Bu kənddə yollar və körpülər bərbad vəziyyətdədir

Ucar rayonu, Qarabörk kəndinin yolları bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, sakinləri deyirlər ki, kəndin yolları illərdir bu vəziyyətdədir.

Yolların bərbad gündə olması sakinlərin gediş-gəlişini  çətinləşdirir.

Kənddaxili yolların üzərində bir neçə körpü də var ki, artıq onlardan istifadə etmək çətindir.

Sakinlər deyirlər ki, qışda vəziyyət daha da çətinləşir. Piyadalarla yanaşı sürücülər də xeyli əziyyət çəkirlər. Tez-tez maşınlar sıradan çıxır, sürücülər əlavə xərcə düşürlər.

Məsələ ilə bağlı Qarabörk kənd bələdiyyəsinin sədri Cavid Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, artıq bununla bağlı aidiyyətı qurumlara rəsmi müraciət olunub. Kənd yollarının təmiri 2022-ci ilin tədbirlər plannına salınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti