Xəzər Xəbər

Mina xəritələrinin qeyri-dəqiqliyinə görə köçkünlərin qayıdışı prosesi ləngiyir - Ombudsman VİDEO

Veb TV | 21:19 • 20 Yanvar 2022
Mina xəritələrinin qeyri-dəqiqliyinə görə köçkünlərin qayıdışı prosesi ləngiyir - Ombudsman

''Mina xəritələrinin düzgün olmamasına görə məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmaları prosesi ləngiyir''.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva deyib.

Səbinə Əliyeva bir neçə gün əvvəl Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız və sosial təhlükəli vəziyyətdə aşkar olunmuş uşaqların hazırkı vəziyəti ilə bağlı da danışıb.

Qeyd edib ki, uşaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdiriliblər və onlar Bakıya gətirildikdən dərhal sonra onlarla görüşüb.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılmışdı. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti