Xəzər Xəbər

Əməllərindən dönməyənlər VİDEO

Veb TV | 20:59 • 20 Yanvar 2022
Əməllərindən dönməyənlər

Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və "patı" götürülüb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə -metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində onları sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Salyan  Rayon Polis  Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini, əvvəllər narkotik satışına  görə məhkum olunmuş Hümmət Piriyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 80 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı  cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti