Xəzər Xəbər

Azərbaycanda "omicron" ştamına yoluxanların sayı artır VİDEO

Veb TV | 20:47 • 20 Yanvar 2022
Azərbaycanda "omicron" ştamına yoluxanların sayı artır

"Digər ölkələrin təcrübəsinə baxanda son dörd həftə ərzində ümumi yoluxanların 40%-i "omicron" ştamına yoluxanlardır".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki,  artıq Azərbaycanda da koronavirusun "omicron" ştamına yoluxmalar artır. Nazir sanitar-gigiyenik qaydalarla bağlı əhalini diqqətli olmağa çağırıb.

Nazir bildirib ki, Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Bununla yanaşı Azərbaycanda yeni vaksinin sınaqlarına başlanacaq.

Nazir əlavə edib ki, Azərbaycanda son illər yerli dərman istehsalına da böyük təkan verilir.

Teymur Musayev karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İmsak və İftar vaxtı 2022

Xəbər lenti