Xəzər Xəbər

Korrupsiya ilə mübarizə davam etdiriləcək VİDEO

Veb TV | 20:55 • 16 Yanvar 2022
Korrupsiya ilə mübarizə davam etdiriləcək

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirlərində göstərilən qətiyyət və sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərsdir. Son illər rüşvətxorluğun qarşını almaq üçün atılan addımlar buna nümunədir.

Korrupsiyaya qarşı aparılan mübarizədə əsas istiqamət rüşvətə bulaşan hər kəsin qanunla mühakimə edilməsidir. Hər bir məmurun qanun qarşısında cəzalandırılması heç kimin məsuliyyətdən boyun qaçıra bilməyəcəyini göstərir.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Nurlan Həsənov deyib ki, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün əsas addımlardan biri də elektron xidmətlərin genişləndirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" mərkəzləri isə bu sahədə atılan ən uğurlu addımlardandır.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq təcrübə onu göstərir ki, korrupsiyanın aradan götürülməsi üçün ictmia nəzarət də ön planda olmalıdır. Təcrübə göstərir ki, ictimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti