Xəzər Xəbər

Dövlət Sərhəd Xidmətinin rəisi müavini helikopter qəzası ilə bağlı açıqlama verib VİDEO

Veb TV | 17:37 • 30 Noyabr 2021
Dövlət Sərhəd Xidmətinin rəisi müavini helikopter qəzası ilə bağlı açıqlama verib

"“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: "Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb".

İ.Mehdiyev bildirib ki, yaralılar Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib.

Xəbər lenti