Xəzər Xəbər

Hərbi forma geyinən şəxslər onun məsuliyyətini dərk etməlidir VİDEO

Veb TV | 19:43 • 28 Noyabr 2021
Hərbi forma geyinən şəxslər onun məsuliyyətini dərk etməlidir

Hərbi geyim geyinən şəxslər bu formanın məsuliyyətini dərk etməlidir. Çünki hərbi geyim vətənin müdafiəsini həyata keçirən şəxslərin geyim forması olduğu üçün onun mənəvi üstünlükləri və məsuliyyəti var. Vətən müharibəsindən sonra hərbi formalardan istifadə halları kəskin artıb ki, bu da özü ilə yanaşı neqativ halların da artmasına səbəb olub. Hərbçi şərəfinin qorunması üçün bu formalardan mülki həyatda lazım olmadıqca az istifadə olunmalı və istifadə olunduğu təqdirdə isə, bütün normalara yüksək səviyyədə əməl edilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri hərbi ekspert Ramil Məmmədli deyib

O bildirib ki, mülki həyatda formalardan istifadəyə qarşı total mübarizənin aparılması şərtdir. Çünki keçmiş hərbçilərin və hətta hərbçi olmayan şəxslərin bu formadan istifadə etməsi hərbçilərin cəmiyyət tərəfindən də fərqləndirilməsi zamanı problemlərə yol açır. Odur ki təxris olunan hərbçilərə mülki həyatda formada küçədə gəzmək qadağandır. Əlbəttə ki, bəzi istisanalarla.

Forma qaydalarını pozmağa görə isə xüsusi inzibati cəzalar nəzərdə tutula bilər. Hərbi xidmət dövründə yol verilən qüsurlardan fərqli olaraq keçmiş hərbçinin mülki həyatda hərbçi forması ilə bağlı qaydaları pozmasına görə cəzalandırılma proseduru fərqlidir.

Qeyd edək ki, hərbi geyimə bir çox detallar əlavə edərək standartı dəyişmə, bu formadan nalayiq tərzdə istifadə hallarının qarşısını almaq üçün hərbi polis vaxtaşırı reydlər həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar