Xəzər Xəbər

Soçidə diplomatik masada əldə edilmiş uğur Brüsseldə davam edəcək VİDEO

Veb TV | 22:15 • 28 Noyabr 2021
Soçidə diplomatik masada əldə edilmiş uğur Brüsseldə davam edəcək

''Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutmuş görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbəni bir daha rəsmiləşdirdi''.

Xezerxeber.az-ın məlumatına görə, bunu görüşün yekunlarını şərh edən millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə Nikol Paşinyanın görüşdən əvvəl verdiyi sərt bəyanatların heç birini danışıqlar masasında səsləndirilmədi. Əksinə, Rusiya prezidenti ölkələr arasında yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini diqqətə çatdırdı.

Azərbaycanın diplomatik qələbəsi həm də kommunikasiya əlaqələrinin yaradılması, dəhlizlərin açılması istiqamətində göstərdiyi səylərin sənəddə öz əksini tapmasıdır. Bu isə Azərbaycanın dəfələrlə bəyan etdiyi prinsiplərlə üst-üstə düşür.

Millət vəkili bildirib ki, Azərbaycan yekun sülh razılaşmanın imzalanmasına doğru əmin addımlarla irəliləyir. Bütün hallarda Ermənistan götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək. Ceyhun Məmmədov əlavə edib ki, Soçidə diplomatik masada əldə edilmiş uğurun dekabrın 15-də Brüsseldə davam edəcəyi şübhəsizdir.

Türkiyədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Mustafa Erdemol hesab edir ki, Azərbaycan Soçi görüşündə öz tələblərini bir daha təkrarladı və qəbul etdirdi.

Qeyd edək ki, Azəbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti görüşü Avropa Şurası İttifaqının rəhbəri Şarl Mişelin dəvəti ilə dekabr ayının 15-də Brüsseldə baş tutacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti