Xəzər Xəbər

Motosiklet avtomobilə çırpıldı - ÖLƏN VAR VİDEO

Veb TV | 20:18 • 24 Sentyabr 2021
Motosiklet avtomobilə çırpıldı - ÖLƏN VAR

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Motosikletlə avtomobilin toqquşması zamanı bir nəfər dünyasını dəyişib. Ağstafa rayonunda da bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Abşeron rayonunda motosikletin avtomobilə çırpılması ölümlə nəticələnib.

Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində Elçin İbrahimov idarə etdiyi  avtomobillə yaşadığı küçəyə dönmək istəyib. Bu zaman yüksək sürətlə hərəkət edən motosiklet avtomobilə çırpılıb. Motosikletçi aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Qəzanın baş verdiyi əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Avtomobilin sürücüsü Elçin İbrahimov saxlanıb. 

Ağstafa rayonunda da bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Avtomobil hərəkətdə olan arabaya çırpılıb. Zərbənin təsirindən aşan arabada olan şəxs İbrahim Əliyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanıb.

 

 

 

Xəbər lenti