Xəzər Xəbər

Avropa ölkələrində korrupsiya halları artır VİDEO

Veb TV | 20:59 • 24 Sentyabr 2021
Avropa ölkələrində korrupsiya halları artır

Son illər avropada korrupsiya halları getdikcə şiddətli xarakter almağa başlayır. Avropa İttifaqı ölkələrinin vətəndaşlarının yarıdan çoxu bu haldan şikayətçidir. Aparılan sorğunun nəticələri xüsusilə də koronavirus pandemiyası dövründə avropa ölkələrində bununla bağlı vəziyyətin ağırlaşdığını deməyə əsas verir.

Koronavirus pandemiyası dövründə, xüsusilə də son 1 il ərzində Avropa İttifaqı ölkələrində korrupsiya halları şiddətli şəkildə artıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına görə, Avropa İttifaqı ölkələrində yaşayan insanların təxminən üçdə ikisi vətəndaşı olduqları ölkələrdə korrupsiya və rüşvətxorluq hallarının artdığını, bunun xüsusilə də pandemiya dövründə şiddətli xarakter aldığını düşünür. 

Avropa İttifaqı ölkələrində maksimum dərəcədə ört-basdır edilməyə cəhd edilən bu faktlar xüsusilə həmin ölkələrdə seçki ərəfəsində ortaya çıxır və böyük qalmaqallara səbəb olur.

Hətta bəzi Avropa ölkələri İttifaqa daxil olmasına baxmayaraq, məhz korrupsiya hallarının burada geniş yayılması səbəbindən həmin dövlətlərə yad münasibət bəslənir.

Qeyd edək ki, bu il iyun ayının 1-dən sentyabr ayının ortalarınadək yeni yaradılmış Avropa İctimai Prokurorluğuna korrupsiya halları ilə 1700-dən çox şikayət daxil olub, onlardan 300-ü haqqında rəsmi araşdırma başlanıb. Araşdırılan korrupsiya hallarının Avropa İttifaqı büdcəsinə təxminən 4,5 milyard avro ziyan vurduğu açıqlanıb.

Xəbər lenti