Xəzər Xəbər

Bu şərtlərlə Ermənistanla sərhədləri aça bilərik - Mövlud Çavuşoğlu ''XəzərXəbər''ə açıqladı VİDEO

Veb TV | 580 | 20:05 • 24 Sentyabr 2021
Bu şərtlərlə Ermənistanla sərhədləri aça bilərik - Mövlud Çavuşoğlu ''XəzərXəbər''ə açıqladı

Ermənistan qeyd olunan şərtlərə əməl edərsə, Türkiyə bu ölkə ilə sərhədləri aça bilər. Bundan başqa ən qısa zamanda Ermənsitan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında basdırdığı minalanma xəritələrini qardaş ölkəyə təhvil verməlidir. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ-da ''XəzərXəbər'' in suallarını cavablandırarkən deyib. Mövlud Çavuşoğlu daha hansı məqamlara aydınlıq gətirib? 

Türkiyə-Ermənsitan sərhədləri nə zaman açılacaq ? Yaxın vaxtlarda danışıqlar başlayacaqmı ? Ermənistan baş naziri Nikol Paşinyanının Türkiyə bağlı səsləndirdiyi fikirlərə Rəsmi Ankara hansı cavabı verəcək ?

Türkiyəninin Xarici işlər naziri Mövlüd Çavuşoğlu ABŞ-da "XəzərXəbər"in suallarını cavablandırarkən bildirib ki, şərtlərə əməl olunarsa həm Azərbaycan ,həm də Türkiyə sərhədləri aça bilər..Bununla  da  münasibətlərinormallaşa bilər.

Türkiyənin Xarici İşlar Naziri qeyd edib ki,Paşinyan seçildikdən və höküməti qurduqdan sonra pozitiv mesajlar verdi və Prezident Rəcəp Tayyip Ərdoğan da, ona müsbət qarşılıq verdi. Bunlar yaxşıdır, ancaq biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik.

Mövlud Çavuşoğlu Zəngəzur dəhlizinin əhəmiyyətində də danışıb.

Çavuşoğlu Ermənistan hakimiyyətinə səslənərək bildirib ki, ən qısa zamanda rəsmi irəvan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında basdırdığı minaların xəritələrini təhvil verməlidir.

Xəbər lenti