Xəzər Xəbər

Yuxarı Şirvan kanalında sızma - Həyətləri su basdı, təsərrüfatlar yararsız hala düşdü VİDEO

Veb TV | 21:42 • 23 İyul 2021
Yuxarı Şirvan kanalında sızma - Həyətləri su basdı, təsərrüfatlar yararsız hala düşdü

Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsində məskən salan sakinlərin işi qalıb allaha. Kanalda baş verən sızma evləri və təsərrüfat sahələrini pis vəziyyətə qoyub. Sakinlər məsələnin həll olunmasını istəsələr də, aidiyyəti qurumlar onların yaralarına məlhəm olmurlar

Həyətləri su basıb, təsərrüfat yerləri yararsız hala düşüb.

Kanalda baş verən sızma sakinləri çıxılmaz vəziyyətdə qoyub. Söhbət Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsindən gedir.

Sakinlərin sözlərinə görə, bu il kanalda suyun səviyyəsinin qəfil artması onların işini müşkülə çevirib.


Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, bunun bir nəticəsi olmayıb.

Yuxarı Şirvan Kanal İdarəsinin sahə rəisi Ramazan Qurbanov "Xəzər xəbər"ə bildirdi ki, məsələ ilə bağlı sakinlərə çıxış yolu göstərilib.

Sakinlərin aqibətinin necə olacağı isə sual altında qalır.

Xəbər lenti