Xəzər Xəbər

Azərbaycanda ana 18 yaşlı qızını tualetdə zəncirlədi: kişi tanışı ilə... VİDEO

Veb TV | 721 | 21:08 • 23 İyul 2021
Azərbaycanda ana 18 yaşlı qızını tualetdə zəncirlədi: kişi tanışı ilə...

Bərdədə anası qızına qarşı zorakılıq edib. Ana doğma övladını evin ayaqyolusundakı dəmir boruya zəncirlə bağlayıb. Ona bu işdə tanışı da köməklik edib. Məsələnin təfərrüatlarını birlikdə izləyək.

18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə Bərdə rayonunda baş verib.

Rayon sakini, 18 yaşlı qız anası Şəlalə İsmayılova və anasının tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə məlumat veriblər. Hadisənin səbəbinə gəlincə isə, qonşular bu barədə dəqiq məlumata sahib olmadıqlarını deyiblər.

Hadisəni törədən ana da əməlini etiraf edərək bildirib ki, övladına qarşı bu addımı atma səbəbi qızının tez-tez evdən qaçmasıdır.

Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı, eləcə də qızın anası Şəlalə İsmayılovanı və onun tanışı Ruslan Rzayevi polis şöbəsinə aparıblar.

Rayon polis şöbəsindən Xəzər Xəbər-ə bildirilib ki, faktla bağlı adı çəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər lenti