Xəzər Xəbər

Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək VİDEO

Veb TV | 467 | 21:35 • 23 İyul 2021
Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək

Hazırda Qarabağda dəmiryol xətlərinin tikintisi sürətlə davam edir. Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Şuşaya da dəmir yolunun çəkilişi ilə bağlı layihələndirmə işləri aparılır. Ərazilərin minalı olması isə Qarabağda dəmiryol xətlərinin çəkilişini ləngidir.

Şuşaya dəmiryol xətti çəkiləcək.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Qarabağda dəmir yollarının tikintisi 3 istiqamətdə aparılır.

Cavid Qurbanov deyib ki, hazırda Şuşaya da dəmir yolunun çəkilişi ilə bağlı layihələndirmə işləri aparılır. 

Cavid Qurbanov qeyd edib ki, ərazilərin minalı olması Qarabağda dəmir yolu xətlərinin çəkilişini ləngidir.

Ağdamdakı dəmiryol xəttinin tikintisini yerli, digərlərini isə Türkiyə şirkətləri həyata keçirir.

Xəbər lenti