Xəzər Xəbər

Qarabağdakı gözəgörünməz düşmənlər: Surpriz hər yerdə qarşınıza çıxa bilər VİDEO

Veb TV | 19:33 • 21 İyul 2021
Qarabağdakı gözəgörünməz düşmənlər: Surpriz hər yerdə qarşınıza çıxa bilər

İşğaldan azad edilən torpaqlara edilən səfərlər zamanı hər bir vətəndaş təhlükəsizlik tədbirlərinə maksimum əməl etməlidir. Çünki, mənfur düşmən meşələrdəki ağaclara, hətta, məişət əşyalarının altına belə minalar quraşdırıb. Bir sözlə, surpriz minalar müxtəlif ərazilərdə qarşınıza çıxa bilər. 

Toxunulan hər bir əşya, bu cür partlaya bilər. 

İşğaldan  azad edilmiş ərazilərə səfər zamanı maksimum diqqətli olmaq lazımdır. Düşmən yer ilə yanaşı, məişət əşyalarına, hətta, meşədəki ağaclara belə minalar quraşdırıb.

Düşmən surpriz minalar ilə yanaşı, kustar üsulla düzəldilən partlayıcı qurğuları təkcə ağaclara yox, müxtəlif əşya və ərazilərə də yerləşdirib. 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Füzuli rayonu ərazisində, Köndələnçay istiqamətində anbarlaşmış və atılıb partlamamış hərbi sursatlar  da aşkarlayıblar. 

Xüsusi Riskli Xilasetmə Mərkəzinin Kinoloji qrupunun rəisi Aslan Orucov deyir ki, yaxın günlərdə işğaldan azad edilmiş ərazilərdə minaların axtarışına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunacaq. Bu itlər minanın yerini aşkarlayaraq, ona toxunmadan kənarda oturur və təlimatçının cavabını gözləyir. 

Aidiyyatı qurum həmin ərazilərə səfər edən həmvətənlərimizi, o cümlədən, Qarabağ torpaqlarında quruculuq işlərinə cəlb edilən işçi qrupları diqqətli olmağa, hər hansı bir şüphə ilə bağlı 112 zəng mərkəzinə məlumat verməyə çağırıb. 

Xəbər lenti