Xəzər Xəbər

Temperatur düşəcək, yağış yağacaq - Sərin hava kütləsi gəlir VİDEO

Veb TV | 698 | 19:45 • 21 İyul 2021
Temperatur düşəcək, yağış yağacaq - Sərin hava kütləsi gəlir

Anomal istilər sabahdan etibarən səngiyəcək. Hətta Abşeron yarımadasında qısamüddətli yağış yağacaq, cənub küləyi əsəcək. Temperatur gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq. 

Sabah bəzi ərazilərə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron yarımadasının bəzi yerlərinə qısamüddətli yağış yağacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə  isti olacaq. Bakıda isə gecə 26-28 dərəcə olan isti, gündüz 37-39 dərəcəyə qədər artacaq. Hidrometeroloji Proqnazlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, bəzi bölgələrimizdə də havanın yağışlı keçəcəyi gözlənir.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba çimərliklərində 27-28 dərəcə isti olacaq. Türkan, Hövsan, Sahil və Şıx çimərliklərində isə 28-29 dərəcə isti proqnozlaşdırılır. Gülşad Məmmədova bu hava şəraitinin təsirini də qeyd edib.

Həmçinin nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Xəbər lenti