Xəzər Xəbər

Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO

Veb TV | 20:11 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"

Valideyn himayəsindən məhrum olmuş uşaqlar ailə mühitində böyüdüləcəklər. Hazırda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni bir layihənin həyata keçirilməsinə başlanıb. "Himayədar ailə" institutu "Himayədar ailə" valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısını alacaq. 

Valideyləri onlardan imtina etsdə bu uşaqlar ailə mühitində böyüyəcəklər.

Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni "Himayədar ailə" qayğı modelinin tətbiqi nəzərdə tutulur.  Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə Departamentinin müdiri Cavid Şahmalıyev bildirib ki, "Himayədar ailə"  valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsinə , onların ailə şəraitində yaşamasına yönəlik bir qayğı institudur. 

Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə onlayn sorğu da keçirilir.

Sorğu sentyabrın 1-dək aparılacaq.Bundan sonra yeni modelin tətbiqi  nəzərdə  tutulur.

Xəbər lenti