Xəzər Xəbər

''Kazbek'' gilizləri göz qabağında sərbəst şəkildə necə satılır? VİDEO

Veb TV | 20:02 • 12 İyun 2021
''Kazbek'' gilizləri göz qabağında sərbəst şəkildə necə satılır?

Yasamal rayonunda "ətçilər" kimi tanınan ərazidəki marketlərin birində "Kazbek'' siqaretlərinin içərisi boş gilizləri satılır. 1 ədədi isə 50 qəpikdir. Bəzi vətəndaşlar iddia edirlər ki, həmin boş gilizləri narkotik aludəçiləri istifadə edirlər. Bu isə sual doğurur. Əgər həqiqət belədirsə, o zaman həmin gilizlərin satışına niyə icazə verilir?

Bakıda marketlərin birində ''kazbek'' siqaretinin içi boş gilizlərinin satılması xəbəri ilə çəkilişə çıxdıq. Fakt təsdiqini tapdı. Məlum oldu ki, Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsindəki bu mini-marketdə dənə ilə içərisi boş olan ''kazbek" gilizləri satılır. 

Çəkiliş qrupu ilə içəri girdikdə satıcı əvvəlcə suallarımıza cavab verməyəcəyini bildirdi.

Bu iddiaların doğru olub-olmadığını əvvəlcə elə satıcıdan soruşduq. 

İnsanların boş siqaret gilizlərinin açıq satışına münasibətəri birmənalı deyil.

Dövlət Gömrük Komitəsindən "XəzərXəbər"ə bildirildi ki, "Kazbek" siqaretlərinin və onun boş gilizlərinin ölkəyə idxalında heç bir qadağa yoxdur.

Xəbər lenti