Xəzər Xəbər

Bir gecədə 2 dəhşətli yanğın: 1 nəfər öldü, 3 nəfər xəsarət aldı VİDEO

Veb TV | 19:49 • 12 İyun 2021
Bir gecədə 2 dəhşətli yanğın: 1 nəfər öldü, 3 nəfər xəsarət aldı

Gəncə və Qubada baş verən yanğın hadisələri can aldı.  Baş verən yanğın hadisələri zamanı 1 nəfər ölüb 3 nəfər xəsarət alıb 15 nəfər isə təxliyyə olunub.

Qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ölüb. Quba rayonunda ikimərtəbəli yaşayış evi yanaraq kül olub.

Hadisə gecə saatlarında Səbətlər kəndində qeydə alınıb. Belə ki, 144 kvadratmetrlik evin birinci mərtəbəsində başlayan yanğın nəticəsində içərisində propan qazı olan balon partlayıb. Nəticədə yanğın daha şiddətlənərək evin ikinci mərtəbəsinə keçib..Ev sakinlərinin əksəriyyəti içəridən çıxa bilsələr də, ancaq 1936-cı il təvəllüdlü Gülnaz Rəhmanova yanaraq dünyasını dəyişib.

Yanğınsöndürənlər onun yanmış meyitini ailəsinə təhvil verib.

Gəncədə də 3 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində ümumi sahəsi 40 kvadrat metr olan birotaqlı mənzildə qeydə alınıb.

Anidən başlayan yanğın qonşu mənzilə də keçib. Partlayışın zərbəsindən hər iki mənzilin arakəsmə divarları dağılıb, qapı və pəncərə çərçivələri yerindən çıxıb. 

Hadisə yerinə fövqəladə hallar nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. digər mənzillər yanğından mühafizə olunub. İlkin məlumata görə, qaz sızması səbəbindən baş verən partlayış yanğına çevrilib. Nəticədə həmin vaxt evdə olan 3 nəfər - 41 yaşlı  mirmehdi cabbarov, 60 yaşlı ruzigar rzayev və 55 yaşlı iradə rzayeva yanıq xəsarətləri alıb. 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma  aparılır.

Xəbər lenti