Xəzər Xəbər

Bakıda qanunsuz tikili sökülüb VİDEO

Veb TV | 19:52 • 15 May 2021
Bakıda qanunsuz tikili sökülüb

Paytaxtın Xətai rayonu, Yavər Səfərov küçəsində qanunsuz tikili sökülüb.

Xezerxeber.az-ın məlumatına görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər regional tikinti müfəttişliyinin rəisi Bəxtiyar Tağıyev bildirib ki, nazirliyin 112 qaynar xəttinə daxil olan müraciət əsasında qanunsuz tikintinin aparılması aşkar edilib və işlər dərhal dayandırılıb.

Bəxtiyar Tağıyev bildirib ki, tikinti zamanı qanunvericiliklə nəzərdə tutulan normalar pozulub.

Tikintiyə dair heç bir icazə sənədinin olmadığını etiraf edən qanunsuz tikilinin sahibi Şərqiyyə Salmanova ailəsi ilə birlikdə uzun illər kirayədə yaşadığını və ərazidə fərdi ev tikmək istədiyini bildirib.

Bəxtiyar Tağıyev əlavə edib ki, bayram günlərindən istifadə edərək bəzi vətəndaşlar tərəfindən belə cəhdlər edilir və məlumat daxil olan kimi müvafiq tədbirlər görülür. Proses bundan sonra da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti