Xəzər Xəbər

Bu şəxslər "WhatsApp"dan istifadə edə bilməyəcək video

Veb TV | 20:16 • 6 May 2021
Bu şəxslər "WhatsApp"dan istifadə edə bilməyəcək

Mayın 15-nə qədər vatsapın məxfilik sazişini qəbul etməyən şəxslərin hesabı silinəcək. 

Xezerxeber.az-ın məlumatına görə, vatsap yanvar ayının 10-dan başlayaraq iki milyard istifadəçisinə yeni məxfilik müqaviləsini göndərib.

Müqavilə şərtlərində göstərilib ki, mesajların gizliliyini qorusa da, tətbiq şəxsi məlumatlara daxil ola biləcək.  Fevralın 8-dək qaydaları qəbul etməyən vətəndaşların  smartfonlarında tətbiq işləməyəcək. Qərardan sonra istifadəçilər tətbiqdən imtina edərək, kampaniyalar keçirməyə başlayıblar. Ona görə də tarix 15 maya qədər uzadılıb.

İKT mütəxəssisi Elçin Məmmədov bildirib ki, vatsap bir növ bu mesajların götürülməsini leqallaşdırır.

Onun sözlərinə görə, yeni alternativlər qəbul edilə bilər. Mütəxəssis sazişi qəbul etməyənlərə "telegram" tətbiqindən istifadə etməyi tövsiyə edib. 

Paytaxt sakinləri arasında apardığımız sorğudan isə məlum oldu ki, sazişi qəbul edənlər də var, buna etiraz edənlər də.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar