Xəzər Xəbər

Düşmənə qan udduran 19 yaşlı şəhid Amal Alışanlı VİDEO

Veb TV | 20:32 • 28 Aprel 2021
Düşmənə qan udduran 19 yaşlı şəhid Amal Alışanlı

44 gün davam edən müharibədə əsl şücaət, qəhrəmanlıq göstərərək 19 yaşında ali-şəhidlik zirvəsinə ucaldı Amal Alışanlı. O, qəhrəmanlığına görə 4 medalla təltif olunub.

Qorxmaz, məğrur idi, kiçik yaşlarından Vətən məhəbbəti hopmuşdu o balaca köksünə. Elə məhbbət ki, böyüyəndə torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır idi.

Söhbət Yardımlı rayonunda doğulub, kiçik yaşlarında valideynləri ilə birlikdə Şirvan şəhərinə köçmüş Amal Alışanlıdan gedir. XüsusiTəyinatlı Qüvvələrin əsgəri olan Amal hərbi xidmətdən evə qayıtmağa 3 gün qalmış Vətən müharibəsi başladı. Murovdan başlayan ilk döyüş yolu Füzuli, Cəbrayil rayonlarından keçib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 25-də əlaqə saxlayıb. Bir daha ondan xəbər olmayıb. Amal Alışanlı döyüşlərdə silahdaşları ilə birlikdə əsl qəhrəmanlıq göstərib.

Son döyüşü oktyabrın 4-də Cəbrayıl istiqamətində olub. Qanlı savaşda düşmənə qan udduran Amal Alışanlının yaxınlığında mərmi partlayır və aldığı qəlpə yaralarından 19 yaşında Şəhidlik zirvəsinə ucalır.

Şəhidimiz doğulduğu Yardımlı rayonunda torpağa tapşırılıb. Ölümündən sonra   "Vətən uğrunda"  "İgidliyə görə", Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

Xəbər lenti