Xəzər Xəbər

Qərb dövlətlərinin Türkiyəni parçalamaq planı VİDEO

Veb TV | 20:14 • 24 Aprel 2021
Qərb dövlətlərinin Türkiyəni parçalamaq planı

Ermənilər 24 apreli qondarma soyqırımı kimi qeyd edirlər. Əslində isə bu, qərb dövlətlərinin Türkiyəyə qarşı hazırladığı planın tərkib hissəsidir. Çünki, qondarma erməni soyqırımı ilə bağlı heç bir fakt yoxdur. 20-ci əsrin əvvəllərində zorla köçürüldüyü iddi edilən ermənilərin sayı  reallıqla heç cür uzlaşmır. Həmin vaxt öldürülənləri də məhz ermənilərin özləri qətlə yetirib.

Qondarma Erməni soyqırımı iddiası 106 il əvvəl qərb dövlətlərinin Türkiyəyə qarşı hazırladığı planın tərkib hissəsidir...

Tarix İnstitutunun İcraçi Direktoru Cəbi Bəhramov deyir ki, 1907-ci ildə Böyük Britaniya, Fransa və Çar Rusiyasından ibarət Antanta adlı hərbi siyasi blok yaradılıb. 1911-ci ildə də Vudro Vilson ABŞ prezidenti seçilib. Elə həmin vaxtdan da Osmanlı Türkiyəsinin ərazisinin bölüşdürülməsi planı qurulub. Bununla bağlı blok ölkələri arasında məxfi görüşlər də keçirilib.

Cəbi Bəhramovun sözlərinə görə, 1915-ci ildə, müharibə apardığı bir vaxtda Türkiyə hökumətinə məlumat daxil olur ki, bütün erməni daşnaq-quldur dəstələri ölkənin içərisində sabitliyi pozmaq və ölkənin məğlubiyyətini tezləşdirmək məqsədi güdür. Buna görə də əmr verilir və həmin cinayətkar dəstələrin başçıları olan 2345 nəfər həbs edilib. Bunu eşidən erməni katalikosu Nerses ABŞ dövlət katibinə teleqram göndərir ki, guya Osmanlı dövləti ermənilərə qarşı soyqırımı törədir. 

Osmanlı Türkiyəsi çoxmillətli dövlət idi və orada ermənilərdən başqa heç bir xalq xəyanət yolunu tutmayıb. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər.Həmin vaxt öldürülənləri də məhz ermənilərin özləri qətlə yetirib.

İndiyədək qondarma erməni soyqırımı ilə bağlı heç bir tutarlı fakt ortaya qoyulmayıb. Türkiyə hökumətinin öz arxivlərini açaraq birgə araşdırma aparmaq barədə Ermənistana etdiyi təklifə də müsbət cavab gəlməyib. 

 

Xəbər lenti