Xəzər Xəbər

Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət etməlidirlər? VİDEO

Veb TV | 20:33 • 24 Aprel 2021
Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət etməlidirlər?

Hər il qəbul imtahanlarında zəif nəticə göstərən bəzi abituriyentlər çıxış yolu kimi xaricdə təhsil almağa üz tuturlar. Bunun üçün hətta kifayət qədər pul ödəyənlər də olur. Ali təhsilini başa vuran belə tələbələrin əksəryətinin diplomu sonradan ölkəmizdə tanınmır. Artıq 533 məzunun müraciətinə imtina cavabı verilib. Bəs abituriyentlər belə xoşagəlməz hallarla üzləşməmək üçün nə etməlidirlər? Sujeti izləyək

Bəzi valideynlər övladlarının xaricdə ali  təhsil almasını istəsədə ekspertlər  xəbərdarlıq  edir.

Xaricdə təhsil almaq istəyən abituriyentlər seçim edərkən lisenziyası olan universitetlərə  üstünlük verməlidilər...Təhsil eksperti Kamran Əsədov deyir ki, hər il onlarla şəxs  xaricdə təhsil adı altında aldadılır.Ekspretin sözlərinə görə övladının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.

Valideynlərə səslənən Kamran Əsədov  vurğuladı ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərə yalan vədlər verirlər. Bəzi mərkəzlərin lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparması sonradan diplomların tanınmaması ilə nəticələnir.

Bu arada Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ən son açıqladığı məlumatda 10 xarici universitetin 851 diplomuna imtina verilib. 

Xəbər lenti