Xəzər Xəbər

Balakən polisi beş narkotaciri tutdu VİDEO

Veb TV | 20:05 • 24 Aprel 2021
Balakən polisi beş narkotaciri tutdu

Balakəndə narkotik vasitələrin kultivasiyası, alqı-satqısı ilə məşğul olan 5 nəfər saxlanılıb. Gəncədə isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakini saxlanılıb.

Narkotik alqı satqısı ilə məşğul olan şəxslər tutulub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Rayonun Tülü kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla  idarə etdiyi avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıblar. Nəqliyyat vasitəsinin yük hissəsində 104 ədəd çətənə bitkisi aşkar edilib. 

Narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qullar kənd sakini  Mahir Orucov da saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman dağlıq əraziyə becərmək üçün apardığı 12 ədəd çətənə bitkisi , yaşadığı ünvanda isə 450 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb. 

Digər bir əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Elçin Musayev saxlanılıb. Şəxsi axtarış zamanı corablarında gizlətdiyi  kibrit qutularındakı qurudulmuş marixuana ondan maddi sübut kimi götürülüb.

Gəncənin  nizami rayon polis idarəsi polis idarəsinin əməkdaşları  tərəfindən şəhər sakini  səbuhi mədətzadə saxlanılıb..Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan "tiryək" aşkar edilərək götürülüb.

Xəbər lenti