Xəzər Xəbər

Güldəstə ananın 28 illik bala həsrəti bitdi - Şəhid oğlunun məzarını ziyarət etdi VİDEO

Veb TV | 19:41 • 24 Aprel 2021
Güldəstə ananın 28 illik bala həsrəti bitdi - Şəhid oğlunun məzarını ziyarət etdi

Haqqında söz açacağımız Ramiz Ağayev çinarlar diyarı sayılan Cəbrayılın oğludur. Ailəsinin qismətinə didərginlik payı düşsə də, bizim qəhrəman taleyini ömürlük Cəbrayılla bağlayıb. İgidin anası Güldəstə Ağayevanın bala həsrəti, sevgisi hazırladığımız reportajdadır. 

Ananın gözləri yol çəkirdi, başqa bir dərdi yox idi. Onun dərdi oğul dərdi idi.

Amma bu anamız poçtalyon gözləmir daha. Çünki 28 il əvvəl doğma yurdu Cəbrayıldan Bakıya pənah gətirən Güldəstə ana məktubuna müjdəli cavab alıb. İndi qucağında çiçəklər, gözlərində qüssə qarışıq ümmansız sevgi, titrəyən əlləri və böyük həyəcanla illərin həsrətinə son qoymaq üçün hazırlaşır. Niyəsinə gəlincə isə, 5 vətənpərvər oğul böyüdən anamız 1993-cü ildə Cəbrayıldan çıxdığı o məşum gün bir balasını-Ramizi o torpaqlarda qoyub gəlib. O gündən qəlbi hey səksəkədə, gözü yolda, ağzı duada olub. Ta ki, Qarabağdan qələbə xəbərini alana kimi. "Balam məni gözləyir" deyə, uzun illərin həsrətinə son qoymaq üçün Daxili işlər naziri Vilayət Eyvazova məktub yazıb. 

Güldəstə ananın bu illər boyu bir arzusu da varmış,  deyir kaş ki, quş olaydım, balama tərəf uçardım. Bu səhər onu Cəbrayıl yolçuluğuna elə quşlar da uğurladı. 

Güldəstə ananın bir məktubu da vardı. Onu da sağ olsun,  poçtalyona deyil, bizə etibar etdi. Sözü isə ermənilərin dağıdıcı çəyirtkə sürüsü kimi daraşıb, viran qoyduqları bu torpaqlarımızı abadlaşdırmaq üçün xilas edən, qürurumuzu, şərəfimizi bizə geri qaytaran şəhid analarına idi. 

Xəbər lenti