Xəzər Xəbər

Bu siyasət Ermənistanda revanşist meyillərə zərbə vuracaq VİDEO

Veb TV | 20:48 • 24 Aprel 2021
Bu siyasət Ermənistanda revanşist meyillərə zərbə vuracaq

Ermənistanın revanşist meyilləri ancaq özünə böyük bir zərbə vura bilər. Müharibədə məğlub olan Ermənistanda bəzi qüvvələr Türkiyə və Azərbaycana böyük kin aşılamağa çalışır. İki qardaş ölkənin bayraqlarına qarşı edilmiş hörmətsizlik əslində Ermənistanın özünün imicinə bir zərbədir.

Ermənistanda Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Hadisə dünən İrəvanda keçirilən mitinqdə baş verib.

Əvvəlcədən meydana gətirilən Türkiyə və Azərbaycan bayraqları müxtəlif  şüarlar səsləndirildikdən sonra yandırılıb.

Döyüş meydanından qaçan erməni gəncləri  indi meydanlarda bayraq yandırmaqla  intiqam aldıqlarını zənn edirlər.

Siyasi məsələlər üzrə ekspert Sultan Zahidovun sözlərinə görə,Ermənistanın revanşist görüntü yaratması onun bərbad vəziyyətdə olan beynəlxalq imicini də məhv edir.Populist çıxışlar ölkəni necə məhvə apardığının hər kəs şahidi oldu.İndiki dövrdə atılan belə addımlar isə Ermənistanın vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

Siyasi hərcmərcliyin hökm sürdüyü Ermənistanda vətəndaşlar fikir ayrılığı içərisindədir..Ekspertlər  hesab edir ki,ordusu darmadağın olan ,texnikası məhv edilən və siyasi çəkişmələrdən qurtula bilməyən bir ölkədə bu cür hallar  davam edərsə  rəsmi irəvan daha pis nəticələrlə üzləşəcək.

Xəbər lenti