Xəzər Xəbər

"Şəhidlik dünyada ən uca zirvədir" deyirdi - Qamət Qurbanov bu zirvəyə ucaldı VİDEO

Veb TV | 19:55 • 24 Aprel 2021
"Şəhidlik dünyada ən uca zirvədir" deyirdi - Qamət Qurbanov bu zirvəyə ucaldı

Vətən müharibəsinin qəhrəmanlarından biri də Ağsudan olan şəhid Qamət Qurbanovdur. O, uşaqlıqdan vətənpərvərliyi ilə seçilib və hər zaman işğaldakı torpaqların azad ediləcəyi döyüşlərdə iştirak etmək istəyib. Arzusuna da çatıb. Həm də özünün də ən uca saydığı zirvəyə yüksələrək.

"Şəhidlik dünyada ən uca zirvədir" deyirdi. Özü də bu zirvəyə ucaldı...

Ağsunun Keçidməz kəndindən olan şəhid, 19 yaşlı Qamət Qurbanov da Vətən Müharibəsində şücaətləri ilə ad qazananlardandır. O, uşaqlıqdan da vətənpərvərliyi ilə seçilib.
Qamət 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb.Sentyabrın 27-də də döyüşlərə qatılıb. Döyüşə gedərkən yalnız bacısı ilə danışıb və ailəni ona tapşırıb. 

Düşmənə ağır zərbələr vuran Qamət sentyabrın 29-da Tərtərin Çaylı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xəbər lenti