Xəzər Xəbər

Maraqlı hadisə - Binanın həyətinə əkilən ağacları kim zibil qutusuna atır? VİDEO

Veb TV | 19:49 • 24 Aprel 2021
Maraqlı hadisə - Binanın həyətinə əkilən ağacları kim zibil qutusuna atır?

Sumqayıt şəhərində bir qrup sakin, həyətlərində əkdikləri ağacların tez tez kökündən çıxarılaraq zibil qutusuna atılmasından şikayətlənir. Elə ağaclarıda çıxaran şəxsin həmin binada yaşan bir qadın olduğu iddia edilır. Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıblar

Əkilən ağaclar kökündən çıxarılaraq zibil qutusuna atılır. Hadisə Sumqayıtda baş verib.

2-ci mikrorayonun bu sakinləri , öz yaşadıqları ərazidə saldıqları yaşıllığın  birgə yaşadıqları bina sakini Qızyetər Süleymanova tərəfindən qəsdən məhv edildiyini iddia edirlər.

Sakinlər bildirir ki, İri həcimli ağacları qurutmaq üçün dibinə kimyəvi maddə tökülür. Yeni əkilən ağaclar isə kökündən çıxarılır..Hətta bu anı ,yuxarı mərtəbədə qalan bir nəfərdə öz telefonun yaddaşına köçürüb.

Qonşuları iddia edir ki, Qızyetər Süleymanova öz şəxsi avtomobilini binanın qarşısında saxlaması üçün yaşıllığı qəsdən  məhv edir. Hətta ona irad bildirən qonşularıda təhqir etməkdən çəkinmir.

Məsələ ilə bağlı həmin bina sakini Qızyetər Süleymanova ilə evdə olmadığı üçün telefon əlaqəsi yaratdıq..

Qeyd edək ki, 30 nəfər bina sakini  aidiyyatı qrumlara rəsmi müraciət ünvanlayıb. 

Xəbər lenti