Xəzər Xəbər

Şəkidə quraşdırılan toplar dolunu yağışa çevirir VİDEO

Veb TV | 19:24 • 24 Aprel 2021
Şəkidə quraşdırılan toplar dolunu yağışa çevirir

Son vaxtlarda dolunun tez-tez yağması meyvə ağaclarına mənfi təsir göstərir. Şəkidə bir neçə il əvvəl salınmış bağlarda doludan qorunmaq üçün yeni üsuldan istifadə edilir. Sahələrdə dolunu yağışa çevirən dolu topları quraşdırılıb.

Şəkinin Zəyzid və Vərəzət kəndləri ərazisində yeni salınmış bağlarda pilot layihələr tətbiq edilir.

Dolu topları vasitəsilə əraziyə dolu yağmasının qarşısı alınır. 96 hektar ərazidə bu üsulla salınan meyvə bağı 2015-ci ildən fəaliyyət göstərir. Baş Zəyzid, Orta Zəyzid və Vərəzət kəndlərindən burda 100-ə qədər insan işləyir. Bağın yerləşdiyi Zəyzid kəndi doluya görə seysmik zona hesab olunur. Təkcə 2019-cu ildə diametri 3 sm-dən çox olan dolu həm bağın, həm də yaxınlıqda olan fərdi təsərrüfatların məhv olmasına səbəb olub.

Bu problemi həll etmək üçün Avropada və dünyanın bir sıra yerlərində dolunu yağışa çevirmək üçün nəzərdə tutulan 3 ədəd dolu topu bağda quraşdırılıb.

Bu avadanlıqlar asetilinlə işləyir və ekoloji cəhətdən tam təhlükəsizdir.

Təsərrüfatın rəhbəri onu da bildirdi ki, layihə sərfəli olduğundan digər təsərrüfatlarda da istifadəsi nəzərdə tutulur.

Xəbər lenti