Xəzər Xəbər

Azərbaycan nə vaxt turist qəbul edəcək? VİDEO

Veb TV | 19:34 • 24 Aprel 2021
Azərbaycan nə vaxt turist qəbul edəcək?

Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri turizm sektorudur. Qadağalar dünya miqyasında inkişaf etmiş ölkələrin belə kəskin gəlirlərinin aşağı düşməsinə səbəb olub. Mənfi dalğa ölkəmizdən də yan keçməyib. Bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında 4.4 dəfə azalma olub. Bəzi  ölkələr yeni mövsümdə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır. Mütəxəsislərin fikrincə , Azərbaycan da bəzi ölkələrlə sərhədlərini açmalı və turistləri qəbul etməlidir. Əksa halda turizm sektorunda müşahidə edilən çöküş daha da qabarıq şəkildə özünü büruzə verəcək.

Bu ilin birinci rübündə də ölkəmizə 117 min əcnəbi gəlib .Bu ötən illə müqayisədə bir neçə dəfə azdır.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər. COVID- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə yeni turizm mövsümünün başlanmasına az zaman qalmış ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac olduğu bildirilir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə,bir sıra avropa ölkələri pandmeiyaya baxmayaraq sərhədlərini turistlər üçün açıb.Hətta yoluxma sayı yüksək olan ölkələr də neqativ test cavabı olan turistləri ölkəyə buraxır.

Millət vəkilinin sözlərinə görə,ölkəmizdə də bu addımların atılmasın ehtiyac var. Yoluxma sayının stabil olması və vaksinasiyanın sürətli aparılması buna imkan verir.

Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

Xəbər lenti