Xəzər Xəbər

Lənkəranda avtomobil yolu çökdü - Bu kəndlərə gediş çətinləşdi VİDEO

Lənkəranda 7 kəndə gedən yolda sürüşmə aktivləşib
Veb TV | 19:19 • 24 Aprel 2021
Lənkəranda avtomobil yolu çökdü - Bu kəndlərə gediş çətinləşdi

Cənub bölgəsində qış mövsümün müşahidə edilən yağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda növbəti uçqunlara səbəb olub. 7 kəndin yolu dağılıb. 

Yolun böyük bir hissə çöküb. Hətta elə yerlər varki yolun bir hissəsi tamamilə dağılıb.

Görüntülər Hirkan-Daşdatük-Biləsər yolundandır. Qış aylarında  bölgəyə yağan leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 7 kəndinə aparan yolda uçqunlar yaranıb. 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolundakı deformasiyalar bir neçə vaxtdır ki, nəqliyyatın hərəkətinə çətinliklər törədir.

Dağ yamaclarından keçən bu yol 2018-ci ildə çəkilərək istifadəyə verilib. Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb.

Yolda elə hissələr var ki, çökmə nəticəsində təxminən 1 metr yarım enində, 15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. Bu da istənilən anda yeni uçqunları qaçılmaz edir.

Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulsa da, bu, sözügedən yolda yaşana biləcək bədbəxt hadisələrdən sığortalamır. Sürücülər problemin tezliklə həll olunacağına ümid  edirlər.

 

Xəbər lenti