Xəzər Xəbər

Suqovuşan minalardan təmizlənir video

Veb TV | 21:25 • 22 Aprel 2021
Suqovuşan minalardan təmizlənir

Azərbaycanlı jurnalistlər işğaldan azad edilmiş Suqovuşana səfər edib.

Xezerxeber.az-ın məlumatına görə, jurnalistlər Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı minatəmizləmə əməliyyatını izləyib, həmçinin Suqovuşanda minalardan təmizlənmiş ərazilərə, o cümlədən su anbarına baxış keçiriblər.

ANAMA əməkdaşları onlara aparılan minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib. 

Məlum olub ki, minaların sıx basdırıldığı Suqovuşanda 15 mina xətti salınıb. Ermənistan burada bütün tələ növlərindən istifadə edib.

İndiyədək ərazidə 2500-dən çox mina aşkarlanıb. Dəmir və plastik minalarla yanaşı, minatan mərmisinə bağlanmış tələlər də axtarışı çətinləşdirir.

Suqovuşan kəndində minalar təsadüfi tələ şəklində yerləşdirilib. Bu baxımdan axtarış işləri əllə xüsusi aparatlarla həyata keçirilir.

Ərazilərin təmizlənməsi işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti