Xəzər Xəbər

“Volt Azərbaycan”a qarşı iş qaldırıldı video

Veb TV | 21:52 • 22 Aprel 2021
“Volt Azərbaycan”a qarşı iş qaldırıldı

“VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev "Xəzər Xəbər"ə bildirib ki, pandemiya ilə əlaqədar çatdırılma xidmətlərinə tələbat artıb və bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb. Kuryer xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarət daha da artırılıb.

Quruma "VOLT AZƏRBAYCAN" MMC haqqında müraciət daxil olub. Araşdırmalar zamanı rəqibin təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.

Şahin Nağıyev qeyd edib ki, hazırda komissiya bu işi araşdırır. Müraciət təsdiqini taparsa, qanunvericiliyi pozan müəssisəni cəza gözləyir.

Şahin Nağıyev bildirib ki, haqqında iş qaldırılması həmin müəssisənin qanunvericiliyi pozması demək deyil. Əgər pozuntu aşkarlanmasa, işə xitam veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti