Xəzər Xəbər

Şəhid Ceyhun Hacızadə şərəfli döyüş yolu keçib video

Veb TV | 19:43 • 21 Aprel 2021
Şəhid Ceyhun Hacızadə şərəfli döyüş yolu keçib

Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu arzusu uğrunda da canını fəda etdi.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Vətən müharibəsinin qəhrəmanlarından olan Ceyhun Hacızadədən gedir.

O, 1992- ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2010-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə könüllü olaraq ön cəbhəyə yollanıb. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Ceyhun Hacızadə döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasını məhv edib. Döyüşlərin birində düşmənin minaatanlardan atdığı mərmi onların yaxınlığına düşüb. Ceyhun da qəhrəmancasına şəhid olub.

28 yaşlı gənc döyüşlərə qatılarkən nişanlı olub. Müharibəyə gedərkən anasına deyib ki, ən böyük arzusu vətənin azadlığıdır və yalnız müharibə qurtarandan sonra evlənəcək.

Şəhid Ceyhun Hacızadə ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə  təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti