Xəzər Xəbər

Maska taxıb bibisinə qarşı quldurluq etdi video

Veb TV | 19:29 • 21 Aprel 2021
Maska taxıb bibisinə qarşı quldurluq etdi

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, zərərçəkən qadın 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 3 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.

Daha sonra həmin şəxslər onun boğazından tutaraq pul və qızıl-zinət əşyalarını tələb ediblər. Qadın isə yataq otağındakı pulun yerini göstərəcəyini bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Bundan sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər.

Polisin keçirdiyi əməliyyatla quldurluğu törətməkdə şübhəli bilinən Elman Şahmuradov Sumqayıtda, Kənan İsmayılov isə Ceyranbatan qəsəbəsi ərazisində saxlanıb. Onlar törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkən qadının qardaşı oğludur.

Qeyd edək ki, həmin şəxslər hadisə yerindən qaçrkən ərazidəki müşahidə kameralarına da düşüblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti