Xəzər Xəbər

45 yaşlı “Hövsan” yarımstansiyası yenidən qurulub video

Veb TV | 21:39 • 19 Aprel 2021
45 yaşlı “Hövsan” yarımstansiyası yenidən qurulub

Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. 

Xezerxeber.az-ın məlumatına görə, yarımstansiya istismar müddətini çoxdan  başa vurmuşdu. Məhz bu səbəbdən artan tələbatı qarşılaya bilmir, Xəzərə yaxın sahədə yerləşdiyindən tez-tez aşınmalara məruz qalırdı. Nə inzibati bina, nə açıq paylayıcı qurğular, nə də panellər keyfiyyətli iş ortaya qoymaq iqtidarında idi.

İndi isə yarımstansiya demək olar ki, tam sökülərək müasir səviyyədə yenidən qurulub. Təzə inzibati bina tikilib, bütün panel, qurğu və digər avadanlıqlar yenilənib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub.

Bu yarımstansiya ərazidə yerləşən 5 ədəd 110 kilovoltluq yarımstansiya ilə yanaşı, Bakı Hava Limanı kimi böyük strateji obyektləri də enerji ilə təmin edəcək.

Qeyd edək ki, bu gün Hövsan ilə yanaşı, 71 yaşlı Maştağa yarımstansiyasının da açılışı olub. Potensial qəza mənbəyinə çevrilən bu yarımstansiya da sökülərək tam olaraq yenidən qurulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti