Xəzər Xəbər

Bakıda evdən 110 min manatlıq oğurluq edilib video

Veb TV | 21:50 • 19 Aprel 2021
Bakıda evdən 110 min manatlıq oğurluq edilib

Yasamal rayonuda evdən 70 min manat nağd pul və 40 min manat qızıl oğurlayan şəxslər saxlanılıblar.

Xezerxeber.az-ın xəbərinə görə, Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min manat məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti